Şəhid Qənbər Qənbərli dəfn olundu - Fotolar

XƏBƏR
18:01
22 May 2021
1659

Vətən müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Ordusunun baş leytenantı Qənbərli Qənbər Bəhruz oğlu Tərtər rayonunun Kəngərli kənd qəbirstanlığında dəfn olunub.

Sabah.az Trend-ə istinadən xəbər verir ki, şəhidlə Kəngərli kəndində vida mərasimi keçirilib. Mərasimdən sonra mərhum kənd qəbirstanlığında torpağa tapşırılıb.

Mərasimdə rayon rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, Q.Qənbərli 1993-cü ilin sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Vətən müharibəsi başlayan ilk günlərdə cəbhənin Murovdağ istiqamətində döyüşlərə qatılıb. Ailəsi onunla sonuncu dəfə ötən ilin sentyabr ayının sonlarında əlaqə saxlaya bilib. Həmin vaxtdan Q.Qənbərli haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb.

Şəhidin şəxsiyyəti bu gün müəyyən edilərək ailəsinə təhvil verilib.

Xəbər lenti