İçərişəhərdə evə girib soyğunçuluq etdi - Video

HADİSƏ
13:35
22 May 2021
652

Bakıda İçərişəhər ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, soyğunçuluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Natiq İsrafilov saxlanılıb.

Məlum olub ki, qeyd edilən şəxs İçərişəhər ərazisində yerləşən evlərdən birinin həyətinə daxil olub orada olan pul kisəsini götürərək hadisə yerindən yayınıb. Zərərçəkən polisə məlumat verərək pul kisəsində 14 min rus rublunun olduğunu bildirib. Saxlanılan Natiq İsrafilov hadisəni etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti