Daha bir hərbçinin nəşi tapıldı
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb.
Sabah.az xəbər verir ki, 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olan Nağıyev Pərviz Güloğlan oğlunun nəşi Murovdağ ərazisində tapılıb.
P.Nağıyevin nəşi hazırda Gəncə şəhərindən Tovuz rayonuna gətirilir. O, bu gün Tovuz rayonunda dəfn ediləcək.
Vətən müharibəsi zamanı sentyabrın 27-də çavuş Pərviz Nağıyev Murovdağ döyüşləri zamanı itkin düşüb.
Qeyd edək ki, Pərviz Nağıyev evli olub, 6 və 4 yaşlarında iki oğlu var.
Daha çox