Aeroport yolunda qəza sıxlıq yaratdı - Fotolar

XƏBƏR
10:39
22 May 2021
509

Hazırda Bakıda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sabah.az xəbər verir ki, buna səbəb Heydər Əliyev prospekti-hava limanı yolunda (Yeni Ramanıya dönən hissədə Mərdəkan istiqamətində) nəqliyyat vasitəsinin aşması olub.

Məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yayıb. Qeyd edib ki, qəza səbəbindən hazırda hər iki istiqamətdə sıxlıq müşahidə edilir.

Xəbər lenti