Satınalmada hesablanan faizi ödəməyənlər 3-6 min arası cərimələnəcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə baxılıb.
Sabah.az xəbər verir ki, Məcəlləyə əlavə edilən yeni 445-1.7-ci maddəsinə əsasən, satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” qanunda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə – vəzifəli şəxslər 3 000 manatdan 6 000 manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Daha çox