“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edildi

İQTİSADİYYAT
15:40
21 May 2021
89

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Sabah.az xəbər verir ki, dəyişikliklə elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, kotirovka sorğusu prosedurunun da elektronlaşması və açıq tenderlə yanaşı, kotirovka sorğusunun (5 min manatdan 50 min manatadək olan tenderlər) yalnız portal vasitəsilə həyata keçirilməsi planlaşdırlır.

Bundan başqa, daha bir dəyişikliklə portal vasitəsilə həyata keçirilən satınalmalarda (açıq tender və kotirovka sorğusu) iştirak haqqının portalın operatoruna ödənilməsi, portalın təkmilləşdirilməsi üçün dayanıqlı maliyyə təminatının yaradılması və satınalma barədə elanların yalnız portal vasitəsilə veriləcək (əvvəllər elanların qəzetlərdə dərci həm maliyyə resurslarının, həm də vaxt itkisinə səbəb olurdu).

Qanunun 51-ci maddəsinə (Satınalma müqaviləsinin qiyməti) edilən dəyişikliyə əsasən, satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir.

Buna əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir- birinə etdiyi rəsmi müraciətlərə 10 bank günü müddətində baxılır.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra qəbul edilib.

Xəbər lenti