“Niyaz Niftiyevi niyə həbsdə saxlayırsız?” - Sabir Rüstəmxanlı

XƏBƏR
12:20
21 May 2021
152

Deputat Sabir Rüstəmxanlı tanınmış jurnalist Niyaz Niftiyevin həbsdə saxlanılmasına etiraz edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat bildirib ki, bələdiyyə sədri seçilən Niftiyevi guya rüşvət almaqda ittiham edərək həbs ediblər:

“ O, 1 il 3 aydır ki, həbsdə saxlanılır. Jurnalistdir, keçdiyi yola hörmət etmək lazımdır. Oğlu əsgərlikdədir, anası xəstədir. Haqqında hələ də hökm çıxarılmayıb. Bəs onda niyə həbsdə saxlayırsınız?”

Xəbər lenti