Kişini döyərək ölümünə səbəb olan şəxs həbs olundu

HADİSƏ
10:56
21 May 2021
102

Mingəçevirdə kişini döyərək ölümünə səbəb olan şəxs həbs edilib.

Sabah.az xəbər verir ki, Mingəçevir şəhər prokurorluğundan verilən məlumata görə, mayın 18-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində Eldar Abbasov döyülməsi və aldığı xəsarətlərdən mayın 19-da xəstəxanada ölüb.

Müəyyən edilib ki, Şəki rayon sakini Rəşad Salamovun heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Eldar Abbasovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. O, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Salamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Xəbər lenti