Moskvada Rusiya ilə Azərbaycan arasında daha 6 sənəd imzalandı
Moskvada Azərbaycan və Rusiya Baş nazirləri Əli Əsədovla Mixail Mişustin arasında görüş baş tutub.
Sabah.az xəbər verir ki, tərəflər arasında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Həmçinin koronavirus infeksiyasına qarşı ortaq mübarizə planları da görüşdə nəzərdən keçirilib.
Əli Əsədov çıxışında Azərbaycanın Rusiyanın Qarabağ ətrafındakı nizamlanmada rolunu yüksək qiymətləndirdiyini və üçtərəfli bəyanatda göstərilən öhdəliklərin yerinə yetirilməsinə sadiq olduğunu bildirib.
Mixail Mişustin isə iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, 2020-ci ildə çətin şərtlərə baxmayaraq qarşılıqlı ticarətdə ciddi azalmaya imkan verilməyib.
“2020-ci ildə çətin şərtlərdə, koronavirus pandemiyasının olduğu zamanda qarşılıqlı ticarətdə əhəmiyyətli dərəcədə azalmaya imkan vermədik. Artıq bu ilin əvvəlində - yanvar-mart aylarında ticarət dövriyyəsimizi təxminən 3,5%-680 milyon dollar artırdıq , bu da yaxşı göstəricidir”,- deyə Mişustin qeyd edib.
Görüş zamanı iki ölkə arasında rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, baytarlıq, gömrük və digər sahələrdə əməkdaşlığı əhatə edən 6 sənəd imzalanıb.
Bundan əlavə Baş nazirlərin iştirakı ilə Rusiya Əqli Mülkiyyət Federal Xidməti ilə Azərbaycan Əqli Mülkiyyət Agentliyi arasında da anlaşma memorandumu imzalanıb.
Daha çox