İstirahət mərkəzində 100 nəfərlik toy dayandırıldı - Fotolar

XƏBƏR
15:35
20 May 2021
161

Şəkidə toy məclisi təşkil edənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Sabah.az-a verilən məlumata görə, rayonun Baş Layısqı kəndi ərazisindəki istirahət mərkəzində 100 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy mərasimi polislər tərəfindən dayandırılıb.

Xüsusi karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, məclisi təşkil edən şəxslər və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Xəbər lenti