Ərini öldürüb yandırdıqdan sonra həyətdə basdırdı
Neftçala rayonunda 9 gün öncə itkin düşən kişini arvadının öldürdüyü məlum olub.
Sabah.az xəbər verir ki, rayon sakini 65 yaşlı Qalib Əsgərov mayın 11-dən itkin kimi axtarışda olub. Araşdırma zamanı Q.Əsgərovu elə onunla birgə yaşayan arvadı 61 yaşlı Şahzadə Məhərrəmovanın öldürdüyü üzə çıxıb.
İlkin məlumata görə, o, ərini öldürəndən sonra meyiti yandırıb və həyətdə basdırıb.
Ş. Məhərrəmova şübhəli şəxs kimi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Daha çox