“Çimərliklərlə bağlı qərarı aidiyyəti strukturlar verəcək”

ÖLKƏ
13:18
20 May 2021
35

TƏBİB bu il yay aylarında çimərliklərin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, bu barədə TƏBİB-şöbə müdiri Yaqut Qarayeva REAL TV-yə müsahibəsində məlumat verib.

O qeyd edib ki, çimərliklərlə bağlı qaydaları TƏBİB tənzimləmir. Bu barədə dəfələrlə qeyd edilib və hazırda da bu istiqamətdə müzakirələr gedir:

“Ötən il də yay vaxtı bəlli şərtlərlə çimərliklər işləyirdi. Onda çimərliklərlə bağlı sanitar qaydalar hazırlanmışdı. Fiziki məsafə, əl gigiyenasının şərtləri və sair. Bu il də bu qaydalar əsasında aidiyyəti strukturlar qərar verəcəklər”.

Xəbər lenti