Paşinyan İrəvanın Bakı ilə yeni sənəd imzalayacağını açıqladı

GÜNDƏM
11:41
20 May 2021
111

Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar barədə imzalana biləcək sənədin olduğu haqda məlumatı təsdiqləyib.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, bu barədə hökumət iclasında açıqlama verib. Paşinyan sənədin Azərbaycanın razılaşacağı təqdirdə imzalanacağını bildirib.

O, danışıqlar davam etdiyi üçün hələ ki, sənədlərin mətnini ictimailəşdirilməyəcəyini və sənədin Ermənistanın da maraqlarına uyğun olduğunu qeyd edib.

Xəbər lenti