Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağı müzakirə etdi

XƏBƏR
10:02
20 May 2021
33

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, söhbət əsnasında bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi bölgələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, bundan əvvəl mayın 17-də Rusiya və Ermənistanın müdafiə idarələri rəhbərləri arasında baş tutan telefon danışığında da ikitərəfli əməkdaşlıq məsələləri, bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatının müzakirə edildiyi açıqlanmışdı.

Xəbər lenti