Bakıda bəzi yollarda sürət həddi endiriləcək

XƏBƏR
12:45
19 May 2021
58

Azərbaycan dövlətinin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi ilə bağlı təklif hazırlanıb.

Sabah.az xəbər verir ki, BNA-dan verilən məlumata görə, təklifə əsasən Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub. Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib.

Sözügedən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaq.

Xəbər lenti