Mirmahmud Mirəlioğlu ailəsi ilə birgə koronavirusa yoluxub

XƏBƏR
11:27
19 May 2021
41

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıb. Evdə müalicə alan partiya sədrinin vəziyyətinin yaxşı olmadığı vurğulanıb. Eyni zamanda, onun özüylə bərabər ailə üzvlərinin də virusdan əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, M.Mirəlioğlunun 65 yaşı var. Siyasətçi  2011-ci ildən KXCP-na rəhbərlik edir.

Xəbər lenti