Rusiyadan sərhəddəki vəziyyətlə bağlı Bakı və İrəvana yardım təklifi

GÜNDƏM
09:49
19 May 2021
41

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Bakı və İrəvana sərhəddəki vəziyyətin həllində kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan delimitasiya və demarkasiya komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Sabah.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə danışıqların ardından açıqlama verib.

"Dünən KTMT Xarici İşlər Nazirlərinin işinə qeyri-rəsmi olaraq başladıq. Erməni həmkarlarımızın müraciətinə baxdıq və bu tələbə uyğun olaraq İrəvanla Bakı arasındakı münasibətlərdəki vəziyyəti müzakirə etdik. Rusiya Federasiyası bu məqsədlə ortaq bir Ermənistan-Azərbaycan komissiyasını yaratmaq təşəbbüsü ilə çıxış edərək sərhədlərin delimitasiyası və demarkasiyasına kömək etməyi təklif edib, əgər istək olarsa, bu komissiyada Rusiyanın vasitəçi kimi iştirak edə bilər", - deyə Lavrov qeyd edib.

Xəbər lenti