Lerikdə ev uçuldu - ailə üzvlərindən 1-i öldü, 2-si yaralandı

HADİSƏ
12:18
7 Mart 2020
127

Lerikin Çayrud kəndində torpaq sürüşməsi olub.

Sabah.az xəbər verir ki, nəticədə kənddəki evlərdən biri uçub.

Torpaq uçqunu nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev tamamilə dağılıb.

Hadisə zamanı ailə başçısı 40 yaşlı A. Əlirzayev ölüb, onun həyat yoldaşı və azyaşlı övladı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəbər lenti