ÜST-ün baş katibi Azərbaycana təşəkkür etdi

GÜNDƏM
11:53
7 Mart 2020
200

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Ghebreyesus Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

Sabah.az xəbər verir ki, ÜST-ün baş katibi bu barədə "Twitter"də bildirib:

“Cənab sədr, sizə Azərbaycan xalqı və hökumətinə koronavirusa (COVID-19) qarşı mübarizədə ayırdığınız maliyyə dəstəyinə görə çox təşəkkür edirəm. ÜST sizin həmrəyliyinizi yüksək qiymətləndirir. Daha təhlükəsiz dünya üçün həmişə birlikdə!”

Xatırladaq ki, Azərbaycan koronavirusla mübarizə məqsədilə ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon dollar yardım edib.

Xəbər lenti