Əsgərimiz həlak oldu - Yenilənib

GÜNDƏM
11:33
7 Mart 2020
1210

Martın 7-də, saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Sabah.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, Xidmətin rəisi, general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.

***

Qarayev Eltun Elman oğlu bu gün Bərdə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Xəbər lenti