Lavrov da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışdı

XƏBƏR
16:42
17 May 2021
56

"Moskva İrəvan və Bakıya sərhədlərin demarkasiya məsələsində kömək etməyə hazırdır".

Sabah.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bircə dəfə də olsun atəş açılmayıb, heç bir atışma baş verməyib. Oturdular, sakitcə bu vəziyyəti necə həll edəcəkləri barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz kömək göstərdilər, razılıq əldə olundu. Adi olmayan, bununla belə sakitcə tənzimlənə bilən bir məsələdə emosiyalarla oynamaq üçün bir səbəb görmürəm”, - deyə Rusiya XİN başçısı qeyd edib.

Lavrov Rusiyanın demarkasiya prosesində tərəflərə lazım olan dəstəyi göstərməyə hazır olduğunu da vurğulayıb.

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə gəlincə, Azərbaycan tərəfi hadisədən sonra anlaşılmazlığın olduğu və ən əsası delimitasiya və demarkasiya ediləcək sərhədin olmaması ilə bağlı açıqlamalar verib. Heç kim, heç vaxt bununla məşğul olmayıb. Tərəflərə təklif etdik ki, bu işlərə başlasınlar, həm kartoqrafik material, həm də konsultasiya xidmətləri göstərərək onlara kömək etməyə hazırıq”, - deyə Rusiya XİN rəhbəri əlavə edib.

Xəbər lenti