Rəsmi Moskvadan sərhəddəki vəziyyətlə bağlı - Açıqlama

GÜNDƏM
15:27
17 May 2021
93

“Rusiya Bakı və İrəvanla daim təmasdadır. Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir və Prezident Putin üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativlərin olmamasının tərəfdarıdır”.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri daim təmasdadır. Biz eləcə də Bakı ilə təmasdayıq. Prezident Putin üçtərəfli razılaşmaların alternativsiz icra olunmasının tərəfdarıdır. Hazırda gərginliyin aradan qaldırılması və vəziyyətin düzəlməsi üçün səylər göstərilir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Putinin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan hərbi yardımla bağlı məktub alıb-almaması ilə bağlı sualı isə cavablamaqdan yayınıb:

“Dəqiq deyə bilmərəm, lakin bütün bu məsələlər ikitərəfli təmaslarda təbii ki, dəfələrlə müzakirə olunub”.

Xəbər lenti