“Kapital Bank”ın filial müdiri intihar etdi - Yenilənib
“Kapital Bank”ın filial müdiri intihar edib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.
O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
***
Baş Prokurorluq “Kapital Bank”ın filial müdiri Mahir Sultanovun intiharı ilə bağlı açıqlama verib.
Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Daha çox