Bu şəxslərə Prezident təqaüdünün verilmə qaydası müəyyənləşdi

XƏBƏR
10:46
17 May 2021
70

Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edilib.

Sabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Azərbaycan Prezidentinin Fərmanı ilə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunub.

Bu təqaüdün verilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

- əmək kitabçasının surəti;

 - fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti.

Xəbər lenti