Həbib Fergusonun kəmərinə təpik vurdu – Video

İDMAN
11:01
7 Mart 2020
222

Les-Veqasda UFC çempionu Həbib Nurmaqamedovla sabiq çempion Toni Fergusonun döyüşü ilə əlaqədar mətbuat konfransı keçirilib.

Sabah.az xəbər verir ki, mətbuat konfransından sonra idmançılar arasında ənənəvi olaraq baxış dueli təşkil edilib. Bu zaman hər iki döyüşçü arasında gərginlik yaşanıb. Bundan sonra Fergusson 2017-ci ildə qazandığı UFC kəmərini döşəməyə qoyub və Həbibə nəsə deməyə başlayıb.

Bundan qəzəblənən Nurmaqamedov onun kəmərinə təpikləyib. Aranı mühafizəçilər sakitləşdirib.

Qeyd edək ki, Həbib – Ferguson döyüşü bu gecə Bakı vaxtı ilə saat 02:00-da başlanacaq.

Xəbər lenti