Kamran Əliyev sərhəddə şəhid olanların istintaqı haqda göstəriş verdi

GÜNDƏM
10:25
17 May 2021
93

Baş prokuror Kamran Əliyev Yardımlı rayonunda sərhəddə silahlı insident zamanı Dövlət Sərhəd Xidmətinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı tapşırıq verib.

Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, DSX əməkdaşlarının öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Xəbər lenti