Məktəblərdə summativ qiymətləndirmə əyani keçiriləcək
“Məktəblərdə yoluxma halı tək-tək olarsa, həmin şəxslər təcrid olunacaq. Kütləvi olarsa, məktəblərin müəyyən zaman qismində bağlanması həyata keçiriləcək”.
Sabah.az xəbər verir ki, bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.
O bildirib ki, məktəblərdə summativ qiymətləndirmə birinci yarımildə olduğu kimi bir dəfə keçiriləcək:
“Bu dəfə şagirdlərimiz əyani şəkildə qiymətləndirməyə qatılacaq”.
Qeyd edək ki, I siniflər üçün summativ qiymətləndirmə həyata keçirilmir. Əyani summativ qiymətləndirmə II-IX sinifləri əhatə edəcək.
Daha çox