İki avtomobil toqquşdu, ölən var

XƏBƏR
09:34
17 May 2021
115

Şəkidə yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Sabah.az-a verilən məlumata görə, mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2107” markalı avtomobildə sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.