Bayramov Stefano Sannino ilə sərhəddəki vəziyyətdən danışdı

XƏBƏR
16:55
14 May 2021
40

Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub.

Sabah.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.

Xəbər lenti