Bakıda 33 yaşlı kişi özünü binadan atdı
10:32
14 May 2021
134Bakı şəhərində intihar hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Əhmədov Vəfail Mirməhərrəm oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Daha çox