29 ildən sonra Şuşada bayram namazı qılındı - Video
Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınıb.
Sabah.az xəbər verir ki, 29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namaz birbaşa canlı yayımlanıb.
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-si və 13-ü “Xarıbülbül” musiqi festivalı keçirilir.
Daha çox