UEFA-dan ofsaydla bağlı yenilik

İDMAN
01:37
7 Mart 2020
117

UEFA 2020/2021 mövsümündən avrokubok matçlarında oyundankənar vəziyyətlərin təyini qaydasında dəyişiklik etməyə qərar verib.

Sabah.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin məlumat verib. Onun sözlərinə görə, növbəti mövsümdən oyundankənar vəziyyətlər zamanı çəkilən xəttlər daha qalın olacaq. Qurum rəhbəri bildirib ki, belə dəyişikliyin hədəfi qol miqdarını artırmaqdır:

“Bir santimetr ofsayd deyil. VAR açıq-aşkar oyundan kənar vəziyyət olduqda müdaxilə etməlidir. Buna görə xəttlər daha qalın çəkmək lazımdır".

A.Çeferin qalın xəttlərdən Avro-2020-də də istifadə edə biləcəklərini vurğulayıb.

Xəbər lenti