“Deputatların maaşı müəllim və həkimlərinkindən yaxşı olmamalıdır”

İQTİSADİYYAT
12:32
12 May 2021
216

“Qanunverici hakimiyyətlə icraedici hakimiyyətin səlahiyyətlərini qarışdırmağa ehtiyac yoxdur. Deputatların öz işlərini həyata keçirmək üçün kifayət qədər səlahiyyətləri var. Yəni deputatların ən əsas işi seçicilərin problemlərinin həllidir. Eyni zamanda, onların vəziyyətlərinin yaxşılaşdırılmasıdır”.

Sabah.az xəbər verir ki, bunu Modern.az-a deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Deputatların maaş məsələsindən danışan millət vəkili bildirib ki, deputatlar icra strukturları və hökumət üzvlərinə sorğu göndərmək, ölkədəki müvafiq məsələlərlə bağlı ümumi vəziyyəti öyrənmək səlahiyyətlərinə və ona təsir etmək imkanlarına  malikdirlər:

“Hakimiyyət bölgüsünə diqqətlə yanaşmaq lazımdır. Deputatlar icra funksiyalarına malik deyillər. Onlar qanunvericilik funksiyaları ilə yanaşı, müəyyən qədər körpü rolunu da oynayır.

Seçicilərin şikayətlərini ifadə etmək imkanlarına malikdirlər. Mənə elə gəlir ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır. Onlar uyğunlaşmalıdır. Bu, ölkənin orta maaş səviyyəsi ilə bağlıdır”.

Xəbər lenti