“Mina xəritəsi ilə bağlı məsələ Yerevanda müzakirə olunub” - Lavrov

GÜNDƏM
14:31
11 May 2021
120

“Bütün humanitar məsələlər operativ həll olunmalıdır”.

Sabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın minalanmış ərazilərlə bağlı xəritələri verməkdən imtina etməsi məsələsi haqda danışan Rusiya XİN rəhbəri bildirib ki, bu məsələ Yerevanda müzakirə olunub: “Hesab edirik ki, məsələ tezliklə həll olunacaq. Ermənistan rəhbərliyi bunu həll etmək lazım olduğunu anlayır. İlk addımlar barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, problem tam həllini tapacaq”.

Xəbər lenti