“Adambaşına 5-10 manat arası fitrə zəkatı verilə bilər”
“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü- Bayram axşamı şam namazından sonradır”.
Sabah.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa Ramazan bayramı təbrikində deyib.
“Qazılar Şurasının Fətvasına görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, - deyə Şeyx bildirib.
Daha çox