Rusiyada məktəbdə silahlı insident - 7 şagird və 1 müəllim öldü+Yenilənib

HADİSƏ
12:29
11 May 2021
110

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərinə orta məktəbdə silahlı insident baş verib.

Sabah.az xəbər verir ki, atışma nəticəsində 13 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. Ölənlər arasında şagirdlərin də olduğu bildirilib.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsinə görə, iki nəfər Kazandakı 175 nömrəli məktəbdə atəş açmağa başlayıb. Onlardan biri artıq saxlanılıb. İlkin məlumatlara görə, bu, 17 yaşlı gəncdir. Digər silahlı şəxsin hələ də binada olduğu qeyd olunub.

Qeyd edək ki, Tatarıstan Prezidenti Rustam Minnixanov, səhiyyə naziri Marat Sadıkov və regionun prokuroru İldus Nafikov da hadisə yerinə gəlib.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları ikinci silahlı şəxsi də zərərsizləşdirib.

***

Tatarıstan hökuməti 12 may tarixini matəm günü elan edib.

***

Tatarıstan Prezidenti Rüstəm Minnixanov jurnalistlərə açıqlamasında bildirib ki, silahlı insident nəticəsində 8-ci sinif şagirdləri olan 7 uşaq həlak olub. Onlardan 4-ü oğlan, 3-ü isə qızdır. Bir müəllim də ölüb.

Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Xəbər lenti