23 yaşlı gənc liftin şaxtasına yıxılaraq ağır xəsarət alıb
Bakıda bədbəxt hadisə baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, mebel istehsalı sexində işləyən 1997-ci il təvəllüdlü Rəhimov Elnur Vüqar oğlu iş zamanı yük liftinə minib. Bu zamanı liftin döşəməsi uçub.
Nəticədə 23 yaşlı gənc üçüncü mərtəbədən şaxtaya düşüb. Müxtəlif bədən xəsarətləri alan Elnur Rəhimov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Daha çox