İtaliyalı hakimlər avrokubok oyunlarından kənarlaşdırıldı
23:58
6 Mart 2020
55İtaliya Futbol Federasiyasının hakimləri avrokubokların növbəti matçlarına təyinat almayıb.
Sabah.az İtaliya mətbuatına istinadən xəbər verir ki, UEFA koronavirusun yayılması təhlükəsinə görə italiyalı hakimləri görüşlərdən müvəqqəti kənarlaşdırmağa qərar verib.
Qeyd edək ki, ötən həftə avrokuboklarda üç italiyalı hakimə oyun tapşırılmışdı.
Xatırladaq ki, İtaliyada koronavirusdan ölənlərin sayı 148-ə çatıb.
Daha çox