Şəmkirdə iki nəfəri güllələyən şəxs tutuldu

HADİSƏ
14:22
10 May 2021
109

Şəmkir rayonununda kişi iki nəfəri güllələyib.

DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirib.

M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər. Adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti