Kompensasiya məbləği ilə bağlı təklif - “100 min manatadək artırılsın”

İQTİSADİYYAT
22:58
6 Mart 2020
84

“Hökumətin əmanətlərin tam sığortalamaq niyyəti ilə bağlı Mərkəzi Bankın açıqlaması gec olsa da, doğru addımdır. Bu açıqlama fevral ayında verilməsi daha doğru olardı”.

Sabah.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev öz “Facebook” səhifəsində yazıb. Ekspert sözlərinə belə davam edib:

“Açıqlamadan belə anlaşılır ki, qanunun qüvvədə olması müddəti daha az müddətə - dekabra kimi uzadılacaq. Bu onu göstərir ki, hökumətin qanunu uzatmaq niyyəti olmayıb və bu addım koronavirusun yaratdığı yeni situasiya ilə bağlıdır. Hazırda bu addımı dəstəkləsəm də, gələcəkdə sığorta mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətindəyəm. Əmanətlərin tam sığortalanması əmanət bazarında təmərküzləşməni şərtləndirir. 2017-2019-cu illərdə depozit bazarında 5 bankın bazar payı 69,6%-dən 71,2%-ə yüksəlib. Ona görə də kompensasiya məbləğinin 100 min manata qədər artırılması əsas dəyişiklikdən biri ola bilər”.

Xəbər lenti