İrandan qayıdan üç azərbaycanlıda koronavirus aşkarlandı

ÖLKƏ
22:45
6 Mart 2020
81

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqlənib. Hazırda pasiyentin vəziyyəti kafidir.

“Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldir, hərarətləri yoxdur, vəziyyətləri kafidir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, - deyə qeyd olunub.

Xəbər lenti