Şəhidimiz dəfn edildi - Fotolar
Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsəndə yaşadığı evə gətirilib, cənazəsinin qarşısında qurbanlar kəsilib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, vida mərasimindən sonra Elməddin Vəkilovun nəşi Daşkəsən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbçinin - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
Şəhid hərbçimiz 1988-ci ildə Daşkəsən rayonunda anadan olub.
Daha çox