Xarici dövlətlərin hərbi attaşeləri Göygöldə - Foto

XƏBƏR
22:25
6 Mart 2020
83

Ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri martın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl regional təlim bazasında olublar.

ANAMA-nın mətbuat xidmətindən Sabah.az-a bildiriblər ki, səfərin məqsədi agentliyin həm ölkə daxilində, həm də beynəlxalq çərçivədə həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı tanışlıq olub.

Səfər çərçivəsində ANAMA-nın Göygöl regional təlim bazasında xarici nümayəndələr üçün agentliyin təlim, tədqiqat və keyfiyyətə təminat qurumu tərəfindən tədris edilən təlim kurslarının fəaliyyətini əks etdirən təqdimat olub, təlim avadanlıqları üzrə sərgi təşkil edilib.

Bununla yanaşı, regional təlim bazasının yaxınlığında hazırlanmış xüsusi təlim sahəsində agentliyin minaaxtaranları tərəfindən əl ilə minatəmizləmə, xüsusi təlim keçmiş minaaxtaran itlərin şübhəli əşyanın tapılması və mexaniki minatəmizləmə maşınlarının işləmə fəaliyyəti nümayiş olunub.

Xəbər lenti