Azərbaycanlı həkim Türkiyədə Britaniya ştammına yoluxdu

GÜNDƏM
09:15
8 May 2021
86

Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasının Britaniya ştammına yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib.

“Doktor da xəstələnər. COVID-19 İngiltərə mutasiyasına yoluxdum”, - Rəsulova yazıb.

Qeyd edək ki, T.Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.