Bakıda küçəyə Polad Həşimovun adı verildi

ÖLKƏ
17:32
7 May 2021
54

Xətai rayonunda yerləşən küçəyə Milli qəhrəman, general-mayor Polad Həşimovun adı verilib.

Sabah.az İcra Hakimiyyətinə istinadən xəbər verir ki, artıq sözügedən küçədə yerləşən parkda yenidənqurma və abadlıq işləri davam edir.

İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, küçə daha əvvəl Pavel Naximovun adını daşıyıb.

Xəbər lenti