Daha bir hərbçinin nəşi tapıldı

GÜNDƏM
17:16
7 May 2021
92

Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən daha bir şəhidin nəşinin tapıldığını açıqlayıb.

Sabah.az xəbər verir ki, qurumdan verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Xəbər lenti