DİN-dən bu gün aksiya keçirənlərlə bağlı - Açıqlama
Daxili İşlər Nazirliyi bu gün Bakıda aksiya keçirməyə cəhd edənlərlə bağlı açıqlama verib.
Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Bildirilib ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur.
Daha çox