Bakıda koronavirusa görə tamaşalar dayandırıldı
21:43
6 Mart 2020
109Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.
Sabah.az xəbər verir ki, bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat verib.
Bildirilib ki, tamaşaların dayandırılması koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır. Qərar martın 27-dək qüvvədədir.
Daha çox