15 yaşlı Əli Şabanovun ölümü ilə bağlı cinayət işi başlanıldı
12:49
7 May 2021
125Bakıda 15 yaşlı Əli Şabanovun binanın fasadından qopan daşın üzərinə düşməsi nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Sabah.az xəbər verir ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlu üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Daha çox