Nəşi tapılan şəhidlə bağlı - Açıqlama
12:25
7 May 2021
93Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən və yaxın günlərdə nəşi tapılan kapitan Əbülfəz Rəhmətovla bağlı açıqlama verib.
Sabah.az xəbər verir ki, qurumdan verilən məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Daha çox